Konsul koronavirusdan öldü

Surinamın Rio-de-Janeyrodakı fəxri konsulu Jorj Joze Qonzales Seba özəl xəstəxanaların birində dünyasını dəyişib.
Bu barədə “Globo” qəzeti məlumat yayıb. Qeyd olunub ki, fəxri konsul ötən həftənin sonu koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.
Nəşr yazır ki, tibb işçiləri xəstəni reanimasiya şöbəsinə yerləşdirib və gigiyena qaydalarına laqeyd yanaşaraq iki gün ərzində ona yaxınlaşmayıblar. Söhbət ötən ilin sentyabr ayında Braziliya prezidenti Jair Bolsonaronun əməliyyat olunduğu olduqca böyük özəl xəstəxanalar şəbəkəsindən gedir.
Mərhumun həyat yoldaşı xəstəxananı məhkəməyə vermək niyyətindədir: “Əgər xəstəxana koronavirus xəstəsi qəbul etməyə hazır deyildisə, onu başqa bir klinikaya yönəltməli idilər”-deyə, o vurğulayıb.
Nəşr tibb müəssisəsinə istinadla yazıb ki, 60 yaşlı kişi ikitərəfli sətəlcəm əlamətləri və “COVID-19”-a xas olan simptomlarla tibb müəssisəsinə daxil olub. Müalicə Səhiyyə Nazirliyi tərəfindən təyin edilmiş prosedurlara uyğun olaraq həyata keçirilib. Bundan əlavə, mərhumun diabetdən əziyyət çəkdiyi də qeyd olunub.(Report)

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}