Nigeriyada “Lassa” epidemiyasından ölənlərin sayı 176 nəfərə çatıb.

 
Koronavirusun dünyanı təsirinə aldığı bir vaxtda yeni epidemiya yayılır.
Şəffaflıq.az Anadolu agentliyinə istinadən xəbər verir ki, Nigeriyada “Lassa” epidemiyasından ölənlərin sayı 176 nəfərə çatıb. 932 nəfər virusa yoluxub. Məlumata görə, hələlik virusun qarşısını almaq üçün dərman tapmaq mümkün olmayıb. Virus Nigeriyanın 29 vilayətinə yayılıb.
Qeyd edək ki, Mali, Qana, Liberiya kimi ölkələrdə rast gəlinən virus ilk dəfə 1969-cu ildə Nigeriyanın Borno əyalətində ortaya çıxıb. Virus heyvandan insanlara keçib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}