Yol polisi tabut daşıyan avtomobili saxladı - FOTO

 Türkiyənin Bolu şəhərində əhaliyə koronavirusla bağlı qeyri-adi xəbərdarlıq mesajı verən şəxs yol polisi tərəfindən saxlanılıb.
Şəffaflıq.az Türkiyə mediasına istinadən xəbər verir ki, şəhərdə yaşayan 32 yaşlı Murat Çalık adlı şəxs idarə etdiyi “Hyundai Accent” markalı, 14 AJ 048 nömrə nişanlı avtomobilin üstünə balaca tabut yerləşdirib. O, tabutun üzərində “əgər but abut sənə və ya sevdiyin insane aid olmasını istməirsənsə, evdə qal” sözlərini yapışdırıb.
Gün ərzində maşınla Boluda hərəkət edən şəxs yol polisi tərəfindən saxlanılıb. Polis M.Çalıka avtomobilin üzərinə qadağan olunmuş qurğu yerləşdirmə və elan yapışdırma maddəsi ilə cərimə kəsib. Həmçinin onun barəsində qərar çıarılması üçün material məhkəməyə göndərilib.
Qeyd edək ki, M.Çalıkın həyata keçirdiyi aksiya əhalidə qorxu və maraqla qarşılanıb. Sürücü isə etdiyin hərəkətin qanunza zidd olmasını bilmədiyini deyib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}