Türkiyə Hələb yaxınlığında iki müşahidə postu tikir

Türkiyə ordusu Hələbin qərbindəki Əl-Atarib şəhəri yaxınlığında iki müşahidə postunun inşasına başlayır. Bu barədə “Əl Mayadeen” telekanalı məlumat yayıb.
Qeyd olunur ki, postlar son vaxtlar qarşıdurmaların gücləndiyi İdlibin deqalasiya zonasındakı Tavvama və Kfar-Karmin yaşayış məntəqələrində olacaq.
Kanalın bildirdiyinə görə, Ankara bu postlarla Əl -Atarib yaxınlığında davam edən Suriyanın hərbi hücumunun qarşısını almaq niyyətindədir.(Qafqazinfo)

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}