İmpiçment səsverməsi Donald Trampın XEYRİNƏ BİTDİ

 

Şəffaflıq.az xəbər verir ki, Senatda keçirilən səsvermədə ABŞ prezidenti Donald Trampa qarşı irəli sürülən hər iki ittiham boşa çıxarılıb.

48 senator Trampın hakimiyyətdən sui-istifadə eləməsi ittihamının lehinə, 52-si isə əleyhinə səs verib. İmpiçmentin baş tutması üçün Trampın əleyhdarları səslərin üçdə ikisini toplamalı idilər. Bu maddə üzrə impiçmentin lehinə Senatdakı bütün demokratlar və bir nəfər republikaçı səs veriblər.

İkinci ittihamın – Konqressin işinə əngəl olmaq iddiasının lehinə 47, əleyhinə 53 senator səs verib.

Birinci və ikinci səsvermələrdəki səs fərqinin səbəbi respublikaçı Mitt Romninin birinci maddədə impiçmentin lehinə, ikincidə isə əleyhinə səs verməsidir.

Senatın Baş Şurasında keçirilən səsvermə ABŞ-da prezident Trampa qarşı impiçment prosesinin başa çatmasına səbəb olub. Beləliklə, Tramp Endrü Conson və Bill Klintondan sonra Senatda təmizə çıxan 3-cü prezident olub.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}