Turistlər yaxtada istirahət etdilər, okeandan yarım ton HƏŞİŞ TAPDILAR

 


Tenerife adasının sahillərində “Wesipruul” gəmisində gəzintiyə çıxan turist Atlantik okeanda yarım ton həşiş qutularının suyun üzünə çıxdığını görüb.

Bu barədə Şəffaflıq.az "İnterfaks"-a istinadən xəbər verir.

Bildirilir ki, yaxtanın kapitanı estoniyalı Kristo Keep uzun müddətdir Tenerifedə yaşadığını və turistlərin gəzintiyə çıxdığını söyləyib. Onun sözlərinə görə, qutular San Miguel limanından 1.5 milli məsafədə dənizdə idi. Qutulardan birini göyərtədədə açan zaman içində qəhvəyi rəngdə narkotik maddənin həşişin olduğu məlum olub.

Keep bu faktı əraziyə vertolyot göndərən polisə ifadə verərkən danışıb. Yaxta limana çatanda sərnişinlər və kapitan dindirilib, sonra sərbəst buraxılıblar.

2017-ci ildə 34 yaşlı ingilis Julian Anderhill Şimali Dənizin sahilində içərisində narkotik maddə kokain olan iki kiloqram bağlı qutu tapıb. O, dərhal qıza mesaj yazaraq, tapdığı maddə ilə öyünüb. Kişi tapdığı narkotik maddəni Villi Vonkanın qızıl bileti ilə müqayisə edib və bunun qarşılığında 20-30 min funt sterlinq qazana biləcəyini təxmin edib.

Milli Mübarizə Agentliyi tez bir zamanda həmin dənizdən bir neçə çimərlik çantasına yığılmış daha 360 kiloqram kokain tapıb. Narkotikin ümumi dəyəri 50 milyon funt sterlinq qiymətləndirilib.

Müstəntiqlər güman edirlər ki, qaçaqmalçılar ələ keçməmək üçün çamadanları ilə birgə malları dənizdə buraxıblar ki, sonra geri qayıdıb götürsünlər. Lakin dalğalar çamadanları sahilə atıb.

Anderhillin narkotik tapması barədə şayiələr yerlilər arasında sürətlə yayılıb, mart ayında isə polis onu tapıb. Nəticədə kişi şərti olaraq iki il müddətinə azadlıqdan məhrum edilib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}