Bu gecə benzin bahalaşır

 Qardaş ölkə Türkiyədə bu gecədən etibarən dizel təxminən 18 kuruş, benzin isə 17 kuruş bahalaşacaq.
Axar.az xəbər verir ki, bu barədə EPGİS-in məlumatında deyilib.
Belə ki, Ankarada 5,76 lirəyə satılan dizelin bir litri bundan sonra 5,94-ə satılacaq. Benzin isə 5,94-dən 6.11-ə kimi bahalaşacaq.
İstanbulda isə dizel 5,63 lirədən 5,81-ə kimi yüksələcək. Benzin də öz növbəsində 5,82 ilə 5,99 arasında dəyişəcək.
Qeyd edək ki, sözügedən artım milli valyuta ilə müqayisədə 7-8 qəpik arasında dəyişir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}