İrandan AÇIQLAMA: Qara qutular Ukraynaya göndəriləcək

 İran Tehranda vurulmuş “Boeing”in qara qutularını Ukraynaya göndərəcək.
Publika.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İranın Mülki Aviasiyası Təşkilatının Hadisələrin Araşdırılması Bölməsinin başçısı Həsən Rezayefar məlumat verib.
Həsən Rezayefar bildirib ki, İranda qara qutuların şifrəsini açmaq mümkün deyil:
"Ukraynanın arzusuna əsasən, bort qeydiyyatçıları bu ölkəyə göndəriləcək. Fransa, Kanada və ABŞ-dan olan ekspertlərin köməyi ilə Kiyevdə onların şifrəsini açmağa cəhd edəcəklər. Əgər, bu cəhd müvəffəqiyyətlə nəticələnməsə, qara qutular Fransaya göndəriləcək".
Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida/302314.html
Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}