Eks-prezidentə həbs cəzası verildi

 

Şəffaflıq.az xəbər verir ki, Xartum məhkəməsi Sudanın keçmiş prezidenti Ömər əl Bəşirə iki illik həbs cəzası verib. Ölkənin keçmiş başçısı korrupsiyada ittiham edilir.

Bəşirin hakimiyyətdən kənarlaşdırılmazdan əvvəl yaşadığı evdə axtarış aparmış hərbi prokurorluq əməkdaşları oradan 6 milyon avro, 351 min dollar, həmçinin 5 milyard Sudan funtu (105 milyon dollar) taparaq müsadirə ediblər. Eks-prezident “xarici valyuta saxlamaq, korrupsiya və qanunsuz hədiyylər almaqda” ittiham edilir. 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}