Əlcəzairdə sabiq nazirlərə HƏBS CƏZASI VERİLDİ

 

Əlcəzairdə keçmiş baş nazirlər, nazirlər və iş adamları həbs edilib.

“Vəzifəsindən sui-istifadə, çirkli pulların yuyulması, dövlət əmlakını mənimsəmə, rüşvət” maddələri üzrə ittiham olunan sabiq Baş nazirlər Əhməd Uyahyaya 15 il həbs, 8 min dollar cərimə, Əbdülməlik Səllala isə 12 il həbs, 16 min dollar cərimə cəzası verilib.

Bundan başqa, keçmiş sənaye nazirləri Yusif Yusifi və Mahcub Biddeyin hər birinə 10 il, keçmiş turizm naziri Yaminə Zərhuni 5, Səllalın oğlu Faris Səllal 3 il azadlıqdan məhrum edilib.

Xatırladaq ki, Əlcəzair prezidenti Əbdüləziz Buteflika 5-ci dövr üçün prezidentliyə namizədliyini elan etdikdən sonra ölkədə etirazlar başlamışdı. Nəticədə Buteflika vəzifəsindən getmişdi. Ölkədə prezident seçkiləri dekabrın 12-nə təyin edilib. Seçkilərdə 24 milyon 474 min seçici səs verəcək. Ölkə xaricində yaşayan 914 min seçici isə artıq şənbə günündən səs verməyə başlayıb.

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}