Rusiya Arktikada hərbi baza qurur?

 

Şəffaflıq.az xəbər verir ki, Danimarka mətbuatında Rusiyanın Şimal Qütbündəki hərbi varlığını gücləndirmək məqsədi ilə hərbi təyyarə bazası qurmağa başladığı iddia edilib.

Danimarka kəşfiyyatı Rusiyanın Şimal Qütbündəki fəaliyyətini peyk vasitəsi ilə izləyərək, Rusiyanın qütbdən təqribən min kilometr məsafədə yerləşən Frans İosif ərazisinin ən şimalındakı sərhəd mühafizə stansiyasında hərbi təyyarə bazası qurmağa hazırlaşdığını aşkar edib.

Kəşfiyyat məlumatına görə, Rusiya 2017-ci ildən bəri  Frans İosif ərazisində eniş-uçuş zolağı işlərinə başlayıb və 2020-ci ildə bu bazanın fəaliyyətə başlayacağı güman edilir. Danimarka mətbuatı kəşfiyyat hesabatlarını dərc eləməklə yanaşı, Rusiyanın bu həmləsinin NATO, Skandinaviya ölkələri və ABŞ üçün böyük bir təhdid yaratdığını bildirib.шаблоны для dle 11.2


Facebook-da paylaş