ABŞ Yunanıstana hərbi qüvvə TOPLAYIR

 

Şəffaflıq.az xəbər verir ki, Pentaqon ölkənin Volos şəhərinə böyük hərbi qüvvə cəm edib.

 ABŞ ordusu Yunanıstana yerləşən Stefanovikio bazasına 1700 hərbçi, 50 ədəd UH-60 və UH-60 Black Hawk vertolyotu, 10 ədəd CH-47 Chinook, 20 AH-64 Apache vertolyotu və iki mindən artıq təkərli texnika göndərib.

Vaşinqton Aralıq dənizinin şərqində və Egey dənizində hərbi varlığını gücləndirməyə davam edir. ABŞ hakimiyyəti yaxın dövrdə Cənubi Kipr Yunan Respublikası və Yunanıstan ilə hərbi əlaqələrini böyütməkdədir.

Bəlli olduğu kimi, Aralıq dənizinin şərqində neft-qaz kəşfiyyatı işləri ilə bağlı yunanlarla Türkiyə arasında gərginlik hökm sürür.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}