MƏSCİDDƏ DƏHŞƏTLİ PARTLAYIŞ - Onlarla insan həlak oldu, çox sayda yaralı var

 

Şəffaflıq.az xəbər verir ki, Əfqanıstanın Nanqarhar vilayətində olan bir məsciddə cümə namazından əvvəl partlayış baş verib. 

Nanqarhar valisisinin mətbuat nümayəndəsi Ataullah Xoqyani, TOLO informasiya agentliyinə açıqlamasına görə, ölkənin şərqində yerləşən məsciddəki partlyış nəticəsində azı 31 nəfərin həlak olduğu və 50 nəfərin yaralandığı bildirilir.

Yerli saatla 14.00 radələrində baş verən partlayışdan zərər çəkənlər cümə namazı üçün məscidə gələn müsəlmanlar olublar. Partlayışdan sonra məscidin damı çöküb.

Terror aktına görə məsuliyyəti heç bir təşkilat öz üzərinə götürməyib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}