Ərdoğan Trampın məktubundan danışdı: “ZAMANI GƏLƏNDƏ CAVABI VERİLƏCƏK”

 

Şəffaflıq.az xəbər verir ki, Türkiyə prezidenti R.T.Ərdoğan ABŞ prezidenti Donald Trampın ədəbsiz məktubu ilə bağlı belə deyib: “Vaxtı, saatı yetişəndə lazım olanın ediləcəyini bilmələrini istəyirik”.

Ərdoğan xarici jurnalistlərlə görüşündə son günlərdə mətbuatın gündəmində olan məktub qalmaqalından danışıb. O deyib: “Unutmağımız doğru deyil, lakin bizim qarşılıqlı olan hörmətimiz bunları daima gündəmdə saxlamağa imkan vermir. Bu məsələni bugünkü məsələmiz və prioritetimiz olaraq da görmürük. İstəyirik biləsiniz ki, zamanı gələndə bu məsələ ilə bağlı lazım olanlar ediləcək”.шаблоны для dle 11.2


Facebook-da paylaş