İran İraqla sərhədlərini BAĞLADI

 

Şəffaflıq.az xəbər verir ki, İran hakimiyyəti İraqda baş verən nümayişlərlə əlaqədar olaraq, Kirmanşah vilayətinin Hüsrəvi və Xuzistan vilayətinin Cezzabe sərhəd məntəqələrini bağlayıb.

İranın Sərhəd Keşikçiləri Komandiri general Qasım Rzai İnqilab Keşikçiləri Ordusunun saytında dərc edilən açıqlamasında Bağdad və ona yaxın şəhərlərdə baş verən hadisələrlə əlaqədar İraq ilə İran arasındakı iki sərhəd məntəqəsinin qapılarının dünən gecədən bəri bağladıldığını bildirib.

Rzai İraqdakı hadisələrin dayandırılması və təhlükəsizliyin təmin edilməsindən sonra sərhəd qapılarının yenidən açılacağını bildirib.

Xəbər verdiyimiz kimi, İraqda baş verən etiraz aktlarının gedişatında 12 nəfər həlak olub.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}