Liviyadan BƏƏ iddiası: PAYTAXTI VURDULAR

 

Şəffaflıq.az xəbər verir ki, Liviyada Milli Razılıq Hökumətinin qüvvələri paytaxt Trablus şəhərindəki Mitiqa Hava Limanının Birləşmiş Ərəb Əmirliklərinə məxsus Pilotsuz Uçuş Aparatları tərəfindən vurulduğunu irəli sürüb.

Şahidlər Trablusdakı aeroportun səhər saatlarında hədəfə alındığını bildiriblər.

Liviyanın beynəlxalq ictimaiyyət tərəfindən tanınan Milli Razılıq Hökumətinin açıqlmasında BƏƏ-yə məxsus dronların ölkənin şərqində qiyam qaldırmış Xəlifə Həftəri dəstəkləmək məqsədilə Mitiqa hava limanına hücum elədiyini bəyan edib. Açıqlamada deyilir: “Bu, infrastrukturu və hava limanlarını hədəfə alan cinayətkar şəbəkənin cəhdi və Həftərin itkilərini bərpa eləmək üçün ümidsiz bir səydir”.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}