Ermənistan ordusunda rüşvət faktı - İki zabitə cinayət işi açıldı

Ermənistan İstintaq Komitəsinin İstintaq idarəsi Müdafiə Nazirliyinin ordu korpusunun şəxsi heyət bölməsinin zabitinin vəzifələrə təyin edilmələri üçün müxtəlif hərbi hissələrin hərbi qulluqçularından külli miqdarda rüşvət alma faktı ilə bağlı başlanmış cinayət işinin ibtidai istintaqını başa çatdırıb.
Bu barədə Ermənistan İstintaq Komitəsinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
İstintaq tərəfindən əldə olunan məlumatlara görə, "N" saylı ordu korpusunun qərargahının kapitanı M.S. 2017-ci ilin iyunundan 2018-ci ilin dekabrınadək hərbi hissələrdə işə qəbul, korpusların şəxsi heyətinin siyahıları və səlahiyyətlərinin həyata keçirilməsinə kömək üçün vakant vəzifələrin mövcudluğu barədə rəsmi məlumatlı olmaq, yəni vəzifəyə təyin edilmək üçün təkliflər vermək, xidmətə keçmək, lazımi sənədləri hazırlamaq, müzakirə zamanı müsbət rəy vermək, sənədləri rəhbərin imzasına təqdim etmək və vəzifəyə təyin etmək və s. əməllər nəticəsində Ermənistanın Müdafiə Nazirliyinin müxtəlif bölmələrinin hərbçilərindən külli miqdarda rüşvət alıb.
Bununla bağlı kapitan M.S. Ermənistan Cinayət Məcəlləsinin 311-ci maddəsinin 3-cü bəndinin üçüncü bəndi, 38-312-ci maddəsinin 2-ci bəndi, 11-ci maddəsinin 3-cü bəndinin 3-cü bəndi ilə ittiham edilir. Leytenant H.B. isə Cinayət Məcəlləsinin 312-ci maddəsinin 2-ci bəndi ilə ittiham olunur.(Virtualaz.org )

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}