Avropanın ən iri saxta pul mafiyasına qarşı xüsusi əməliyyat - ONLARI HANSI "VOR ZAKON" İDARƏ EDİR?

 


Portuqaliya Polis İdarəsinin Milli Antikorrupsiya Birliyi Yevropol əməkdaşları ilə birlikdə Avropanın ən iri pul mafiyasına qarşı “Deep Money” adlı xüsusi əməliyyat keçirib.

Şəffaflıq.az virtualaz.org-a istinadən bildirir ki, saxta pulların dövriyyəsi ilə məşğul olan dəstəyə adı açıqlanmayan “vor zakon” başçılıq edib. Dəstəni idarə edən “vor zakon” və dörd şübhəli həbs olunub. Eyni zamanda “vəkil” Kolumbiyadan etap edilib.

Bildirilir ki, istintaq iki il ərzində fırıldaqçıların nominal dəyəri 1 milyon avrodan artıq, 26 mindən çox saxta pulların çap etdiyini və gizli yollarla satıldığını müəyyən edib. Saxta pullar Fransa, Almaniya, İspaniya və Portuqaliyada da üzə çıxıb.

"Saxta pullar əsas məxfi yollarla marketlərin birində reklam edilib. Sifarişlər şəxsi mesajlarla və ya şifrələnmiş söhbətlər vasitəsilə qəbul edilib", - deyə Portuqaliya polisi bildirib.

Polis səkkiz dəfə axtarışlar apardıqdan sonra ümumi dəyəri 70 min avro (77 min dollar) olan 1833 saxta pul, habelə onların istehsalı üçün müxtəlif avadanlıq və ləvazimatlar - kompüterlər, printerlər, təhlükəsizlik kağızı, holoqramlar, öz-özünə yapışan holoqrafik lentlər, mürəkkəblər və mürəkkəb katriclər müsadirə edib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}