Kosmosda cinayət işləyən qadın astronavt tarixə düşdü - FOTO

 


NASA kosmosda olarkən cinayət törətdiyini əsas gətirərək bir kosmonavtla əlaqədar istintaq başladıb.

2013-cü ildən bəri NASAda işləyən Anne Makkleyn altı aylıq kosmik səfərindən bir neçə gün öncə geri dönüb.

Anne Makkleynin vəzifə başında olarkən boşanmaq üzrə olduğu həyat yoldaşının bank hesablarını ələ keçirdiyi iddia olunur. NASA-nın təftiş heyəti qadının həyat yoldaşı Summer Vorderin şikayətindən sonra araşdırmaya başlayıb.

Bu hadisənin kosmosda ilk işlənən cinayət olduğu bildirilir.

Hadisə ilə bağlı açıqlama verən qadın kosmonavt həyat yoldaşının bank hesablarına sadəcə kontrol etmək üçün girdiyini bildirib.

Daha əvvəllər İraqda hərbi təyyarə pilotu olan Makkleyn qadın kosmonavtların keçirdiyi kosmik ekspedisiyasının üzvü seçilmişdi.

Qeyd edək ki, 1958-ci ildə qurulan NASA kainatın sirlərini çözməyə çalışır./musavat.com/

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}