Əfqanıstanda TERROR AKTI - 16 nəfər həlak olub, 100-dən çox yaralı var

 


Şəffaflıq.az xəbər verir ki, Əfqanıstanın paytaxtı Kabul şəhərində baş verən bomba partlayışı nəticəsində həlak olanların sayı 16 nəfərə çatıb. 100-dən artıq yaralı var.

Daxili işlər naziri Nüsrət Rəhimi “Anadolu Agentliyi”nin müxbirinə açıqlamasında bir avtomobilə yerləşdirilən bombanın yaşayış məntəqəsinin yanında partladıldığını, ətrafdakı bir çox evin partlayışdan zərər çəkdiyini bildirib.

Rahimi yerli vaxtla 21.45-də baş verən terror aktının hədəfinin bəzi beynəlxalq təşkilatların və mühmanxanaların olduğu “Qriin Villic” (Green Village) məntəqəsi olduğunu söyləyib, hücumun qurbanlarının 16 nəfər, yaralıların isə 119 nəfər olduğunu deyib.

Rahimi ölən və yaralananların çoxunun dinc vətəndaş olduğunu vurğulayıb. Bölgədə hücum hazırlığında olan 5 terrorçunun zərərsizləşdirdiyini bildirən Rahimi bu məntəqədəki 400 nəfər əcnəbinin xilas edildiyini xəbər verib.

Taliban təşkilatı hücumun məsuliyyətini öz üzərinə götürərək, hədəfin xarici qüvvələr olduğunu bəyan edib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}