Markov erməni naziri pislədi: “Nə qədər ki Avakov vəzifə başındadır, Zelenski əsl prezident sayıla bilməz”

 


Şəffaflıq.az xəbər verir ki, Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi, Rusiya İctimai Palatasının üzvü, politoloq Sergey Markov öz “Feysbuk” səhifəsində yazıb: “Ukrayna. Nə qədər ki, Avakov DİN-in başçısı və ultramillətçilər ordusunun rəhbəridir, Zelenski – əsl prezident deyil, real qərarları arxasında duran başqa adamların verdiyi şirmadır”.

Qeyd edək ki, Arsen Avakov Bakıda doğulmuş etnik ermənidir.

Arsenik Borisoviç Avakov 1964-cü il, yanvarın 2-də Bakıda, Binəqədi rayonunda, hərbi təyyarəçi ailəsində doğulub. 2 yaşından etibarən ailəsi ilə birlikdə Ukraynaya köçüb. 1988-ci ildə Xarkovda ali təhsilini başa vurub. Qanundankənar siqaret, içki və ərzaq sektorlarının sahibi olduğu deyilir.

2004-cü ildə Viktor Yuşşenkonun Xarkov rayon qəragahında sədr müavini oldu, Avakov 2004-cü il sçkilərində V.Yuşenkonun ən qızğın tərəfdarı kimi çıxış etdi, 2010-cu ildəki prezident seçkilərinin ikinci mərhələsində Yuliya Timoşenkonun tərəfini tutdu. 2014-cü ildə isə Maydan hərəkatının liderlərinin etirazlarına rəğmən daxili işlər naziri vəzifəsinə gətirilib. Siyasi siması olmayan Avakov bu cəhəti ilə daim özünə “yer tapa” bilib.
Erməni əsilli daxili işlər nazirinin asayiş təminatçısı olduğu Ukraynada, onun bu vəzifəyə təyin edilməsindən sonra azərbaycanlılara qarşı edilən cinayətlərin sayı-hesabı itib.

Ukraynanın asayişi Avakova tapşırıldıqdan sonra ölkədəki azərbaycanlıların girov götürülüməsi ilə yanaşı, soydaşlarımıza məxsus böyük restoranlar zənciri dəfələrlə hücuma məruz qalıb, yandırılıb, bahalı avtomobillər qaçırılıb, Kremençuk şəhərinin azərbaycanlı bələdiyyə başçısı Oleq Babayev qətlə yetirilib. Bu cinayətlərin əksəriyyətinin üstü açılmayıb.шаблоны для dle 11.2


Facebook-da paylaş