Rusiya İranla hərbi əməkdaşlığını artırır - Açıqlama


 

Rusiya İranda istehsal olunan pilotsuz uçan aparatlara (PUA) böyük maraq göstərir və yaxın gələcəkdə bu aparatlardan almaq niyyətindədir.

Bu sözləri İranın Müdafiə nazirinin müavini, general Əbdülkərim Bənitərəfi deyib. Moskvada keçirilən aviasiya sərgisində iştirak edən Ə.Bənitərəfi diqqətə çatdırıb ki, İran da öz növbəsində Rusiyadan hərbi təyyarələr almaq istəyir.

Ekspertlərin fikrincə, ABŞ-ın İrana qarşı sanksiyaları Tehranın Rusiyaya PUA satmasına maneə ola bilməyəcək. Çünki Rusiya ABŞ-ın sanksiyalarını qanunsuz hesab edir və buna baxmayaraq, İran ilə bütün sahələr üzrə əməkdaşlığını davam etdirir. O cümlədən hərbi sahədə. ABŞ ilə yanaşı, BMT də İranın silah idxal etməsinə qadağa qoyub. Lakin ABŞ-ın sanksiyalarından fərqli olaraq, BMT-nin qadağası müddətlidir və 2020-ci ildə başa çatacaq. /azərtac/шаблоны для dle 11.2


Facebook-da paylaş