Azər Süleymanov: “Marneuliyə əsgər yeridiblər...” – Son durum

 Gürcüstanda seçki deyil, güc tətbiq edilir. Bu gün seçkilərin ikinci turunda Gürcü Arzusu Partiya faktiki olaraq gücdən istifadə edir.

Bunu Teleqraf.com-a bu gün Gürcüstanda keçirilən prezident seçkilərinin ikinci turunu qiymətləndirən Vahid Milli Hərəkat Partiyasının deputatı Azər Süleymanov deyib.
O bildirib ki, Marneuli bölgəsinə əsgərlər, xüsusi təyinatlılar gətirilib: “Texnika cəlb ediblər, seçki məntəqələrinə gedərkən bunu açıq görmək olur. Açığı, biz vəziyyətə nəzarət edə bilmirik. Bəzən bir nəfər bir neçə məntəqədə səs verir. Biz bunu qeydə alsaq da, belə halların qarşısını ala bilmirik. Özləri bu seçkidə uduzduqlarını bilirlər və belə addımlarla seçkini saxtalaşdırmağa çalışırlar”.
Gürcüstan parlamentinin deputatı əlavə edib ki, hər bölgədə saxtalaşdırma halları var: “Belə seçki haqqında nə demək olar? Hələlik konkret bir söz deyə bilmərəm. Demək olar ki, bütün seçki məntəqələri qarşısında əllərində siyahı durublar və kimin harada səs verəcəyinə nəzarət edirlər. Karuseldən istifadəyə dair faktlar var.
Seçilmiş insanları avtobuslara yığaraq fərqli-fərqli yerlərə aparıb səs verdirirlər. Gürcü Arzusu demək olar ki, seçkini səslə deyil, əzələ gücü ilə udmağa çalışır”.
Bununla belə Azər Süleymanov əlavə edib ki, hələlik seçkidə kimin qalib gəldiyini demək olmaz: “Sadəcə hakimiyyət eyni adamları müxtəlif seçki məntəqələrində səs verdirir. Heç birinci turda belə faktlar baş verməmişdi. Mən bilmirəm, bu qaydayla Gürcüstan hara gedir...”

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}