Almaniya 13 min sığınacaq axtaran şəxsi deportasiya edib

 


Bu il Almaniyaya gələn qaçqınların sayının azalması gözlənilir. Şəffaflıq.az AzEuroNews.com-a istinadən xəbər verir ki, bu barədə Almaniya Federal Daxili İşlər Nazirliyindən məlumat verilib. Məlumatda deyilir ki, bu ilin birinci yarısında 68 600 şəxs Almaniyaya gələrək sığınacaq üçün müraciət edib.

Humanitar səbəblərlə sığınacaq istəyənlərin sayı 1400 , ailə birləşməsi üçün müraciət edənlərin sayı isə, 14 min nəfər olub. Bu ilin birinci yarısında 28 500 sığınacaq istəyi rədd edilən barəsində deportasiya qərarı çıxarılsa da, onlardan yalnız 13 minini ölkədən çıxarmaq mümkün olub. 15 500 nəfəri isə, hələ ki, ölkədən çıxarmaq mümkün olmayıb.
Deportasiya qərarlarının icrası zaman 335 dəfə pilot uçuşdan imtina edib, nəticədə sığınacaq axtarın deportasiyası baş tutmayıb.
79 sığınacaq axtaranın səhhəti pisləşdiyi üçün deportasiyası baş tutmayıb.
Almaniya Federal Daxili İşlər Nazirliyindən verilən açıqlama görə, ilin sonuna kimi 140-150 qaçqını qəbul edə bilərlər.
Məlumat üçün bildirk ki, keçən il Almaniyada illik qaçqın qəbulu üzrə kvota 180-220 min arasında müəyyənləşib.
Xəbər Almaniyada həftəlik nəşr edilən © “Bild am Sonntag” qəzetinin məlumatları əsasında hazırlanıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}