Makron Trampın Rusiya ilə bağlı qərarını dəstəklədi


 

Şəffaflıq.az xəbər verir ki, Fransa prezidenti Emmenuel Makron özünün amerikalı həmkarı Donald Trampın Rusiyanın da iştirakçısı olduğu G8 (“Böyük səkkizlik”) formatına qayıtmaq ideyasını dəstəklədiyini bildirib. Məlumatı CNN kanalını Amerika prezidentinin administrasiyasındakı mənbəyə istinadən yayıb.

Mənbə Makron ilə Trampın telefonla danışdıqlarını və hər iki tərəfin 2020-ci ildə keçiriləcək “Böyük yeddilik” (G7) sammitində Rusiyanın iştirakını məqsədəuyğun hesab elədiyini söyləyib.
Makronun Rusiyanı 2020-ci ildəki sammitə dəvət eləməyi təklif elədiyi bildirilir.
Tramp G-8 formatına qayıdış məsələsini Yeddilik qrupunun 24-26 avqust tarixlərində Biarrits şəhərində keçiriləcək sammitində müzakirə eləməyə hazırlaşır.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}