İstanbul üçün DƏHŞƏTLİ ZƏLZƏLƏ XƏBƏRDARLIĞI.7-7.4 bal

 Türkiyənin İstanbul bölgəsində dəhşətli zəlzələ gözlənilir.
Şəffaflıq.az "Sabah"a istinadən xəbər verir ki, alman seysmoloq professor Marko Bohnhoff 17 avqust zəlzələsinin ildönümündə təhlükə xəbərdarlığı ilə çıxış edib.
Onun sözlərinə görə, hər keçən gün İstanbul üçün zəlzələ təhlükəsi artır. “Məsələ zəlzələnin baş verib-verməyəcəyi deyil, nə zaman baş verəcəyidir”.
Seysmoloq qeyd edir ki. gözlənilən zəlzələ 7-7.4 bal arasnda ola bilər. “Zəlzələnin harada baş verəcəyini tektonik təkanların hüdudlarını bildiyimiz üçün əvvəldən müəyyən edə bilirik. Təbii fəlakət İstanbuldan sadəcə 20 kilometr aralıda, Mərmərə dənizində baş verəcək".
 O sunami təhlükəsinin olacağını qeyd etsə də, bunun Sumatra və Yaponiyada baş verənlərin təkrarı olmayacağını bildirib.
Zəlzələdən qorunmanın yollarından danışan seysmoloqun sözlərinə görə, ən təsirli yol dayanıqlı binaların inşasıdır: "Çox təssüf ki, bu, çox maliyyə tələb edir. Türkiyədə güvənli, zəlzələyə davamlı tikililər üçün sərmayə yatırılır, amma bu heç vaxt tam mənada yetərli deyil. Türkiyədə güclü zəlzələ olacağı halda, çoxlu insan tələfatı qaçılmazdır. Bizlərin hədəfi öncədən tədbir görülməsi və baş verə biləcəklərlə bağlı xalqın əvvəldən məlumatlandırılmasıdır".

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}