Hindistan-Pakistan müharibəsinin qalibi olmayacaq...ŞOK XƏBƏRDARLIQ

 Cammu Kəşmir məsələsi ətrafında vəziyyət pisləşəcəyi təqdirdə bütün dünya əziyyət çəkəcək və mümkün Hindistan-Pakistan müharibəsinin qalibi olmayacaq.
Şəffaflıq.az xarici mediaya istinadən xəbər verir ki, bunu bu gün parlamentdə çıxışında Pakistanın Baş naziri İmran Xan deyib.
“Əgər hadisələr müharibəyə doğru gedərsə, bunun qazananı olmayacaq və qarşıdurma iki dövlətlə yanaşı, bütün dünya üçün də ciddi nəticələrə səbəb olacaq”, - Baş nazir xəbərdarlıq edib.
Qeyd edək ki, Hindistanda parlamenti Cammu Kəşmirə digər əyalətlərdən daha çox muxtarlıq tanıyan konstitusiyanın 370-ci maddəsində dəyişiklik edib.шаблоны для dle 11.2


Facebook-da paylaş