ABŞ-ın F-35-i, yoxsa Rusiyanın Su-57-si? - HANSI QIRICILAR DAHA YAXŞIDIR?



Şəffaflıq.az xəbər verir ki, ABŞ MN (Pentaqon) Rusiyadan S-400 hava hücumundan müdafiə zenit-raket sistemlərini aldığı üçün Türkiyənin F-35 layihəsindən çıxarılması prosesinin başladığını bəyan elədikdən sonra nəzərlər Rusiya istehsalı olan V nəsil hərbi təyyarələr olan S-57 qırıcılarına dikilib.
Rusiyadan bu məsələ ilə bağlı verilən açıqlamada deyilir: “Rusiya təyyarələri bundan çox ucuz başa gəlir və F-35-lərdən heç də geridə qalmır. Üstəlik, F-35 hələ test mərhələsindədir və düzəldilməsi lazım olan bir çox problemləri aşkara çıxıb”.
F-35, JSF (Joint Strike Fighter, yəni müştərək hərbi təyyarə) proqramı çərçivəsində istehsal edilən 5-ci nəsil radar izi zəif olan hərbi təyyarələr ailəsidir.
Su-57-dən harada istifadə edilir: 12 təyyarədən ibarət ilk silsilə istehsal qrupunun 2019-cu ildə Rusiya Hava-Kosmik Qüvvələrinə təslim edilməsi gözlənilir.
F-35-lərdən Norveç, Avstralya, İtaliya, İsrail və İngiltərədə istifadə edilir.
Su-57-nin ilk uçuşu 2010-cu ildə Rusiyanın Komsomolsk-na-Amure şəhərində baş verib.
F-35-in ilk uçuşu 2000-ci il oktyabrın 24-də olub.
Su-57-nin ən böyük sürəti 2.600 km/saatdır.
F-35-in ən böyük sürəti 1.931 km/saatdır.
Su-57-nin uçuş müddəti 5.8 saatdır.
F-35-in uçuş müddəti 2 saat 36 dəqiqədir.
Su-57 ən uzun uçuş mənzili 5.500 kilometrdir (yanacaq ehtiyatı ilə).
F-35-in ən uzun uçuş mənzili 1.667 km – 2.200 km (modelinə görə dəyişir).
Su-57-nin yükqaldırma qabiliyyəti – 10.000 kq.
F-35-in yükqaldırma qabiliyyəti – 8.160 kq.
Radarlarda görünməzlik (xəyalət) texnologiyası, qısa məsafəli uçuş-eniş qabiliyyəti hər iki modeldə mövcuddur.
Şaquli uçuş və eniş qabiliyyəti F-35-də var, Su-57-də mövcud deyil.
F-35 təyyarəsi 25mm-lik GAU-22/A təyyarə topu və “havadan havaya” və “havadan yerə” sinifli raketlərlə, həmçinin, GBU-31 JDAM ilə GBU-32 JDAM bombaları ilə təchiz olunub.
Su-57 təyyarəsi, 30mm-lik 9-A1-4071K təyyarə topu, “havadan havaya” raketlər və KAB-500C hava bombaları ilə təchiz edilib. Su-57, “havadan yerə” raketləri ilə də təchiz edilə bilər.
Su-57-nin əsas xüsusiyyətləri bunlardır: supersonik sürət, “Kinjal” raketləri, “ikinci virtual pilot” funksiyası.
F-35-in əsas xüsusiyyətləri: Pentaqon bu təyyarələrin nüvə silahı ilə təchiz edilməsi imkanları üzərində çalışır,F-35B modeli üçün motorlar “Rolls-Royce Defence” qurumunun iştirakı ilə hazırlanır, 1300 km-ə qədər məsafələrdə ballistik raket atışını aşkar eləmək qabiliyyətinə malikdir.
Rəqəmlər Su-57 təyyarəsinin manevra qabiliyyəti, sürət və mənzil baxımından amerikalı rəqibindən üstün olduğunu göstərir.
Mütəxəssislər F-35-in isə müdafiə sistemləri tərəfindən daha çətin şəkildə aşkar edildiyi məsələsində həmrəydirlər.
F-35 “məlumatları ümumiləşdirmək” proqramı çərçivəsində müttəfiq təyyarələr üçün idarəedici rolundadır, üzərindəki sensor və əməliyyat proqramları isə real zamanlı olaraq döyüş ilə bütünləşmiş və dinamik görüntü verə bilirlər. 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}