İran Trampın açıqlamasını YALANLADI: “Yəqin öz dronlarını vurublar”

 

Şəffaflıq.az xəbər verir ki, İranın xarici işlər nazirinin müavini Abbas Arakçi ABŞ prezidenti Donald Trampın Hörmüzd boğazında İrana məxsus Pilotsuz Uçuş Aparatını vurduğu ilə bağlı açıqlamasını təkzib edərək, ABŞ qüvvələrinin özlərinə məxsus bir PUA-nı səhvən vurmuş ola biləcəklərini bildirib.
Arakçi “Tvitter” hesabında yazıb: “Hörmüzd boğazında, ya da başqa bir yerdə heç bir Pilotsuz Uçuş Aparatı itirmədik. “USS Bokser”ın öz PUA-sını vura biləcəyindən narahatam”.
D.Tramp dünən Ağ Evdə açıqlama verərək, Hörmüzd boğazında ABŞ Dəniz Qüvvələrinə məxsus “USS Boxer” amfibiya hücum gəmisi və heyətinin təhlükəsizliyini təhdid edən Pilotsuz Uçuş Aparatını vurduqlarını söyləmişdi. Tramp, dəfələrlə xəbərdarlıq edilməsinə rəğmən, İrana məxsus dronun gəmiyə 900 metrə qədər yaxınlaşması səbəbindən “müdafiə məqsədi” ilə vurulduğunu qeyd eləmişdi.
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Trampın açıqlamasından sonra jurnalistlərə müsahibəsində demişdi: “Bizim bu gün PUA itirdiyimiz barəsində məlumat yoxdur”.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}