“Türkiyə böyük sərvət tapdı!” - DÜNYA MƏTBUATI

 

Şəffaflıq.az xəbər verir ki, Cənubi Kipr Yunan Respublikasında dərc olunan “Phileleftheros” nəşri Türkiyəyə məxsus “Fatih” qazma gəmisinin Kipr sahillərində 170 milyrd kubmetrlik təbii qaz ehtiyatı tapdığını iddia edib. Xəbərin Avropa İttifaqındakı mənbələrə istinadən verildiyi bildirilir.
Cənub Kipr mətbuatında verilən bu xəbər Yunanıstan, Rusiya və bir çox Avropa ölkələrindəki mətbuat orqanları tərəfindən paylaşılıb.

Çavuşoğlu: “Qətiyyətliyik”

Şimali Kipr Türk Respublikasının mətbuatına açıqlama verən Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib: “Kipr yunanları əməkdaşlıq etməsələr də, Türkiyənin fəaliyyəti davam edəcək. Türkiyə Şərqi Aralıq dənizində ən uzun sahilə malik ölkə olaraq, öz qitə sahəsindəki hüquq və mənfəətlərini qətiyyətli şəkildə müdafiə eləməkdədir. Türkiyə olaraq, əvvəldən bəri güclü şəkildə vurğuladığımız bütün addımları sahədə bir-bir həyata keçiririk. Beləliklə, Cənubi Kipr yunan tərədinin Kipr türklərini kənarda qoyaraq birtərəfli şəkildə davam etdirdikləri hidrokarbon fəlaiyyətinə öz addımlarımızla cavab veririk”.

“Bütün adada axtarış apara bilərlər”

Şimali Kipr Türk Rezpublikasının baş nazirinin müqavini və xarici işlər naziri Kudret Özersay isə deyib:“Türkiyənin qazma-axtarış işlərinin bütün Kiprin ətrafında aparılmaması üçün heç bir səbəb yoxdur. Türkiyə də özünə məxsus hesab elədiyi sahələrdə işə başlayır. Reallıqda bu, Şərqi Aralıq dənizində qüvvələr balansını təmin edir”.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}