Əsas Səhifə > Digər > Sahibə Qafarovadan deputatlara telefon xəbərdarlığı

Sahibə Qafarovadan deputatlara telefon xəbərdarlığı


31-05-2020, 18:51

 

Şəffaflıq.az olaraq Musavat.com-un dərc etdiyi aşağıdakı yazını olduğu kimi paylaşmağı vacib bildik.

Milli Məclisin plenar iclası öz işini davam etdirir.

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə məsələ müzakirə olunduqdan sonra səsvermə elan olundu. İclas zalının yuxarı hissəsində əyləşən deputatların layihəyə necə münasibət bildirmələri barədə sədr Sahibə Qafarova Milli Məclisin Aparat əməkdaşından səsvermənin necə keçdiyi barədə soruşdu.

Cavabı eşitdikdən sonra “siz əminsiniz”-soruşdu. Daha sonra maraqlı bir əlavə etdi: “Çünki orada oturanların çoxu telefondan başını qaldırmır”.

Geri qayıt