Əsas Səhifə > Digər > Pandemiyadan sonra maaşlarında artım gözlənilən peşə sahibləri — SİYAHI

Pandemiyadan sonra maaşlarında artım gözlənilən peşə sahibləri — SİYAHI


31-05-2020, 06:33

 


Rusiyanın Proqressiv Təhsil İnstitutunun mütəxəssisləri koronavirus pandemiyasından sonra maaşlarında artım gözlənilən peşə sahiblərinin siyahısını tərtib ediblər.

Bu barədə RT məlumat yayıb.

Mütəxəssislərin fikrincə, siyahıda adları qeyd olunan peşə sahibləri maaşlarının yüksəlməsinə ümid edə bilərlər:

Sosial media marketinqi (SMM) və PR (ictimaiyyətlə əlaqələr) üzrə mütəxəssislər;

Prodüserlər, menecment üzrə mütəxəssislər;

İT (informasiya texnologiyaları) mütəxəssisləri, internet-marketoloqlar;

Böhran əleyhinə idarəedicilər;

Maliyyə məsləhətçiləri;

Logistika menecerləri;

Vaxtın idarə edilməsi üzrə mütəxəssislər (“Time management”);

Həkimlər, psixoloqlar və psixoterapevtlər;

Onlayn dərs deyən müəllimlər və tərbiyəçilər;

Virtual bələdçilər;

Kənd təsərrüfatı işçiləri, aqronomlar, baytarlar. 

Şəffaflıq.az




Geri qayıt