Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə rəis müavini təyin olundu

 

Baş Prokurorluqda yeni təyinat olub.

Bununla bağlı baş prokuror Zakir Qaralov əmr imzalayıb.

Əmrə əsasən, baş ədliyyə müşaviri Məmmədov Heydər Vidadi oğlu Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsinə təyin edilib.

Baş Prokurorluğun Mətbuat Xidməti faktı Oxu.Az-a təsdiqləyib.

Qeyd edək ki, H.Məmmədov daha əvvəl Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsinin rəisi olub.

Şəffaflıq.az



Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}