Müdafiə Nazirliyinin nümayəndə heyəti MOSKVAYA YOLLANIB

 

Müdafiə Nazirliyinin Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin idarə rəisi, general-mayor Ənvər Əfəndiyevin rəhbərlik etdiyi nümayəndə heyəti “Beynəlxalq Ordu Oyunları-2020” yarışlarının Moskvada keçirilən ilkin planlaşdırma konfransında iştirak edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, tədbir zamanı yarışların şərtləri və qaydaları, hazırlıq işləri müzakirə olunub. Həmçinin müsabiqənin təşkil olunacağı ərazilərə baxış keçirilib.

“Beynəlxalq Ordu Oyunları-2020” yarışlarının gələn il avqustun 23-dən sentyabrın 5-dək keçirilməsi planlaşdırılır.

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}