Ermənilərin şok planı: “Türk ordusunun başı qarışıb, Naxçıvana girib Azərbaycana hücum edək”

 

Türk ordusunun Suriya ərazisində apardığı anti-terror əməliyyatları Ermənistanda ciddi narahatlıqla izlənməkdədir. Hər zaman PKK-ya dəstək verən, terror təşklatının Türkiyəyə yönəlik hücumlarını hər vasitə ilə dəstəkləyən Ermənistan, rəsmi Ankaranın bölgəyə gətirdiyü sülh və təhlükəsizliyi heç cür həzm edə bilmir, Türkiyənin hər zaman qan gölündə boğulmasını arzu edir.

Türk ordusunun Suriyada apardığı anti-terror əməliyyatına heç cür əngəl ola bilməyən Ermənistan, baş verənlərdən Azərbaycan müstəvisində yararlanmağa çalışır. Belə ki, son vaxtlar erməni mediasında türk ordusunun Suriyadakı hərbi əməliyaytlarından fürsət kimi yararlanmaqla bağlı çağırışlar səslənməkdədir. Mediada yer alan bu çağırışalrda vurğulanır ki, türk ordusunun başının Suriyada anti-terror əməliyaytına qatıldığı bir zamanda Ermənistan aktivlik sərgiləməli, fürsətdən istifadə edərək Naxçıvan ərazisinə daxil olmalı, habelə Azərbaycana qarşı yeni hücumlar təşkil etməlidir. Bu təklifin müəllifləri hesab edir ki, Türkiyənin əsas diqqəti Suriyadakı anti-terror əməliyyatına cəlb olunduğu üçün, müharibə olacağı təqdirdə onlar indiki halda Azərbaycana lazımi köməklik göstərə bilməyəcəklər.

Göründüyü kimi, torpaqlarımızı işğal altında saxlaya-saxlaya dünyaya yalançı sülh mesajı verən Ermənistan, digər tərəfdən yeni hücum və işğal planları qurmaqda, yeni torpaqlar zəbt etmək arzusundadır. Bu isə onu göstərir ki, 2016-cı ilin aprel döyüşlərinin daha iri miqyasda təkrarlanmasına, düşmənə daha böyük və ciddi dərsin verilməsinə ehtiyac var.

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}