Əsas Səhifə > Cəmiyyət > Sabir Şabanov: Hərbiçi, ehtiyyatda olan polkovnik, hüquqşünas.-FOTO/VİDEO_ YENİLƏNİB

Sabir Şabanov: Hərbiçi, ehtiyyatda olan polkovnik, hüquqşünas.-FOTO/VİDEO_ YENİLƏNİB


17-10-2019, 21:49
  Sabir Şabanov: Hərbiçi, ehtiyyatda olan polkovnik, hüquqşünas.
Bu gün Şəffaflıq qəzetinin komandası qəhrəman döyüşçü, ehtiyyatda olan polkovnik Sabir Şabanovla görüş keçirib, döyüş xatirələrini bölüşüb. Yaxın günlərdə video müsahibəni Şəffaflıq tv-də izləyicilərimizə təqdim edəcəyik. 
 Gəlin qəhramanımızı yaxından tanıyaq.
Şabanov Sabir Qarakişi oğlu 1956 cı ilin 29 avqustunda Şamaxı rayonu Göylər kəndində anadan olub.
1963 cü ildə Göylər kənd orta məktəbinin 1-ci sinifinə qədəm qoymuş, 1973cü ildə 10-cu sinifi bitirmişdir.
1973-1974-cü illərdə Bakı şəhərində Tunel Tikinti İdarəsində fəhlə işləyib.
1974-1976-cı illərdə Zabaykal hərbi dairəsinin N saylı hərbi hissəsində hərbi xidmətdə olub.
1976-1980-cı illərdə Bakı şəhərində yerləşən N saylı hərbi hissədə müddətdən artıq hərbi qulluqçu kimi xidmət keçmişdir.
1977-ci ildə Tiflis şəhərində gizirlik məktəbini bitirib və Bakı şəhərində xidmət edib.
1977-1979-cu illərdə Bakı Marksizim-Leninizim Universitetində siyasi təhsil almışdır.
1980-cı il də SSRİ Daxili İşlər Nazirliyinin Saratov şəhərində yerləşən Saratov Ali Hərbi Məktəbinə qəbul olunmuş və 1984-cü ildə buradan məzun olaraq leytenant hərbi rütbəsi almışdır.
1984-1992-ci illər arasında Ukrayna SSR də yerləşən müxtəlif hərbi hissələrdə tağm komandiri, bölük komandirinin müvini, bölük komandiri, taborun qərərgah rəisi, tabor komandiri vəzifələrində xidmət etmişdir.
1992-ci il əvvəllərində məlum hadisələrlə əlaqədar olaraq öz istəyi ilə karyerasının çiçəkləndiyi bir vaxtda bütün işlərini və karyerasını arxa plana ataraq Azərbaycana dönmüş, yeni yaradılan Daxili Qoşunlarda xidmətə başlamışdır.
1992-1997-ci illərdə Daxili Qoşunlarda alayın qərərgah rəisi, alay komandiri, briqada komandiri, Daxili Qoşunlar komandanının ön cəbhə qərərgah rəisi və Daxili Qoşunlar komandanının müavini vəzifələrində çalışmışdır.
1997-ci ildə polkovnik rütbəsi ilə ehtiyata buraxılmışdır. Onu da qeyd edək ki, polkovnik Şabanov polkovnik rütbəsində ola-ola general vəzifəsini uzun müddət icra edən yeganə həmkəndlimizdir.
1994-1998-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakultəsində təhsil almışdır.
Təfəkkür Universitetində, Moskva Açıq Dövlət Universitetinin Bakı filialında hüquq və hərb elmləri üzrə dərs demiş, öz zəngin bilik və bacarığını gənc nəsilə öyrətmişdir.
Evlidir, bir qızı, bir oğlu və dörd nəvəsi var.
Hal-hazırda doğulub boya başa çatdığı Göylər kəndində yaşayır və təsərrüfat işləri ilə məşğul olur.
Ehtiyyatda olan polkovnik Sabir Şabanovun Qarabağ müharibəsində özünəməxsus döyüş yolu və dəsti xətti vardır. Onun Ağdərə, Əsgəran əməliyyatlarındakı qorxmazlığı və komandanlıq bacarığı bu gün də döyüşçülər arasında dildən dilə gəzir. Polkovnik Şabanovun Füzuli, Zəngilan, Ağdam istiqamətində apardığı əməliyyatlar hər bir Qarabağlının, xüsusən də Ağdamlıların yaddaşından silinməmişdir. Qarabağ müharibəsində öz kəndini, el-obasını cəbhədə bir komandan kimi təmsil edən, canlı qəhrəman polkovnik Şabanovla hər birimiz qürur duyuruq.


12 iyun-16 iyun 1992 il Əsgəran əməliyyatı:
Daxili qoşunlar alayı- komandir polkovnik Sabir Şabanov.
Əməliyyat nəticəsində qoşunlarımız irəliləyərək, bir sıra mühüm yüksəklikləri və Naxçivanik, Pircamal, Aranzəmin, Xramurd, Dəhraz, Ağbulaq kəndlərini düşməndən azad ediblər.

Unutmayaq ki unudulmayaq.
Vahid İsmayılov
Şamaxı-Göylər

Şəffaflıq.az
Geri qayıt