Əsas Səhifə > Cəmiyyət > Elman Babayevə vəzifə verildi

Elman Babayevə vəzifə verildi


3-10-2019, 15:54

 

Bakı Mühəndislik Universitetində təbliğat işinin gücləndirilməsi məqsədilə struktur dəyişikliyi aparılıb.

Şəffaflıq.az xəbər verir ki, həmin təhsil müəssisəsinin Mətbuat xidməti ləğv olunaraq onun bazasında İctimaiyyətlə əlaqələr şöbəsi yaradılıb.

Əməkdar jurnalist Elman Babayev şöbənin müdiri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, E.Babayev uzun illər bir sıra dövlət qurumlarında ictimaiyyətlə əlaqələr sahəsinə rəhbərlik edib, “Kaspi”, “Azərbaycan müəllimi” qəzetlərində, “Trend” İnformasiya Agentliyində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli sərəncamı ilə “Əməkdar jurnalist” fəxri adına layiq görülüb.
Geri qayıt