Əsas Səhifə > Cəmiyyət > Vətəndaşların nəzərinə! Daxili İşlər naziri,sakinləri qəbul edəcək.

Vətəndaşların nəzərinə! Daxili İşlər naziri,sakinləri qəbul edəcək.


5-08-2019, 16:52

Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov 2019-cu il avqust ayının 31-də Şəki Şəhər-Rayon Polis Şöbəsində Şəki, Balakən, Qax, Oğuz, Zaqatala və Qəbələ rayonlarının sakinlərini qəbul edəcək.

Vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.

Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Şəffaflıq.az

Geri qayıt