Əsas Səhifə > Cəmiyyət / Elm Təhsil > Şamaxı rayon Əngəxaran kənd tam orta məktəbində “ ƏLVİDA İLK MÜƏLLİMİM- ƏLVİDA IV SİNİFƏ”.gecəsi keçirilib.-FOTO

Şamaxı rayon Əngəxaran kənd tam orta məktəbində “ ƏLVİDA İLK MÜƏLLİMİM- ƏLVİDA IV SİNİFƏ”.gecəsi keçirilib.-FOTO


30-05-2019, 00:56
29 may 2019-cu il tarixdə Şamaxı rayon Əngəxaran kənd Sabir Əhmədov adına tam orta məktəbdə IV-cü sinfin rəhbəri Gülçin müəllimənin təşkilatçılığı ilə "IV sinfə əlvida " adlı geniş və anlamlı tədbir keçirilib. Himnimizin oxunması ilə başlayan tədbirdə şagirdlərlə yanaşı, onların valideynləri və məktəbin müəllim kollektivi iştirak edib.
Şəffaflıq.az bildirir ki, buraxılış gecəsi şagirdlərin Azərbaycan milli rəqsini ifa etməsi ilə başlayıb. Daha sonra şagirdlər 4-il ərzində ilk müəllimlərindən öyrəndikləri bilik və bacarıqları nümayiş etdirib. Mahnı və şeirlər, rəngarəng rəqslər ifa ediblər.
Müəllimlərinin böyük zəhməti hesabına şagirdlərin göstərdikləri fəallıqları tədbir iştirakçılarında xoş təəsüratlar yaradıb. Bayramı şagirdlərin bu vaxta qədər aldıqları bilik və bacarıqların nailiyyətləri kimi dəyərləndirilib. Məktəbin direktoru Vasif Rüstəmov öz çıxışında bildirmişdir ki, hər bir müəllimin ən böyük uğur və arzusu odur ki, valideynlər övladlarının onun sinfində dərs almasını istəsinlər.Ona ğörədə müəllimlər daha da əzmlə çalışmalıdırlar.
 Məktəbimiz heç bir zaman bu kimi ibtidai sinif müəllimi cəhətdən qıtlıq çəkməyib, hər zaman zəngin olub, çalışacağıq ki, Məktəbimizin ibtidai sinif müəllimləri daima məktəbin sağlam bünövrəsi, möhkəm, dayanıqlı sütunları olaraq, yuxarı siniflər üçün hazırlıqlı yetişdiriblıər. Elm yolu çətin yoldur. Gülçin müəllimə bu çətin yolda şagirdlərinə ana qayğısı ilə yanaşan, bələdçilik edən müəllimlərimizdəndir.Daha sonra çıxış edən tədbir iştirakçıları, 4 il ərzində qazanılan nailiyyətlərdən danışıblar, bildirdilər ki, məktəbin təhsil uğurları hər birimizi sevindirir. Məktəbimizin uğurları müəllimlərimizin gərgin əməyinin, səmərəli, məhsuldar fəaliyyətinin nəticəsidir... Tədbirdə çıxış edən valideynlər və müəllimlər ibtidai təhsil pilləsini başa vurmaları münasibəti ilə şagirdləri təbrik edib, Gülçin müəlliməyə sonsuz minnətdarlıqlarını bildiriblər.
Tədbirin yekununda çıxış edən Gülçin müəllimə şagirdlərinə xoş arzularını və diləklərini bildirmiş, gələcək təhsillərində uğurlar diləmiş, sevimli şagirdlərindən ayrılmağın onun üçün çox çətin olduğunu dilə gətirmişdir.
Sonda Gülçin müəllimə şagirdlərini sinif otağına apararaq tort kəsib, çay süfrəsinə dəvət edib: 
Vahıd ismayılov
Şəffaflıq.az

 
Geri qayıt