Ramin Bayramlı: Bütün dünya payıza hazırlaşır

ÜST-ün və digər beynəlxalq səhiyyə qurumlarının ölkəmizə dəvət edilən ekspertləri payız aylarına hazırlıqla bağlı tövsiyələr verirlər.
Şəffaflıq.az xəbər verir ki, bu barədə TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
Onun sözlərinə görə, bütün dünya ölkələri bu hazırlığı görür:
"Çünki xəstəliyin gedişatını öncədən proqnozlaşdırmaq çox çətindir. Virusun gələcəkdə mutasiyaya uğrama ehtimalı, payız aylarında ehtimal olunan digər respirator virus infeksiyalarla birlikdə gedişatı və s. problemlərə səbəb ola bilər. Bununla səhiyyə müəssisələrinin üzərinə düşən yük arta bilər. Bu baxımdan bütün ölkələr ehtiyat tədbirini görür. Bu gün vəfat edənlərin sayını dünya statistikası ilə müqayisə etsəniz görərsiniz ki, ölkədə bu rəqəm 2 faizdən daha azdır. Orta yaş təxminən 65 yaş civarındadır. Bu da onu göstərir ki, tibb müəssisələrimizin hazırlanması, müalicə protokollarının düzgün tərtibi insanlarımızın sağlamlığını qorumağımıza imkan verib”.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}