Şamaxıda Xocalı faciəsinin 27-ci ildönümü ilə əlaqədar olaraq “Xocalı şagirdlərin gözü ilə” bilik yarışı keçirilmişdir.

 
Şamaxıda  Xocalı faciəsinin 27-ci ildönümü ilə əlaqədar olaraq “Xocalı şagirdlərin gözü ilə”  bilik yarışı keçirilmişdir.
Şəffaflıq-azın verdiyi məlumata görə, Şamaxıda  Xocalı faciəsinin 27-ci ildönümü ilə əlaqədar olaraq 22 fevral 2019-cu il tarixində saat 10-da Şamaxı THTFT liseyində Xocalı soyqırımına həsr olunmuş məktəblilər  arasında  “Xocalı   şagirdlərin gözü ilə”  bilik yarışı  keçirilmişdir.  Yarışmada Şamaxı şəhər 1 saylı, 2 saylı, 3 saylı, 6 saylı, 9 saylı, 10 saylı, Avropa liseyi, THTF internat tipli liseyin şagirdləri iştirak edirdilər. Fəxri qonaqlar arasında Şəffaflıq saytı, Təhsil şöbəsini nümayəndəsi iştirak edirdilər. Yarışmanın qalibi 1 saylı orta məktəb olmuşdur. THTFT  II yer, 9 saylı  orta məktəb III yerə layiq görülmüdülər. Qaliblərə THTFT liseyi və Şəffaflıq qazeti tərəfindən  müvafiq fərqlənmə  diplomları  təqdim olunmuşdur.



















 Alxas.
Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}