Nazirliyin dərsliyində rüsvayçılıq: Şəhid Mübariz haqqında biabırçı hekayə

 Sosial medianın gündəmini yenidən Təhsil Nazirliyinin dərsliklərə nəzarət etməməsi iddiası zəbt edib.
Şəffaflıq.az Minval.infoya istinadən xəbər verir ki, 5-ci sinif dərsliyindəki Ədəbiyyat kitabında İbrahim Vahabovun “Qisas” hekayəsi çap olunub. Mətndə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun intihar etdiyi yazılıb.
Hekayənin sonluğunda “O, əlinizi uzadıb tapançanı götürdü və lüləsini gicgahına söykədi. Asta-asta pıçıldadı: “Nə olaydı, anamın yuxusuna girməyəydim! Əşhədü ənla, İlahə İləllah…”  qeyd edilib.
Müəllifin Mübariz İbrahimovun həlak olmasını intihar kimi qələmə verməsi geniş müzakirəyə səbəb olub.
Sosial şəbəkə istifadəçiləri Təhsil Nazirliyini tənqid ediblər. Hekayənin müəllifi məsələ ilə bağlı danışıb. O, “Yeni Müsavat”a söyləyib ki, bundan qabaq da mediadan ona zəng olunub: “Dedilər ki, hekayə xoşumuza gəldi. Lap film çəkmək də olar. Amma özünü güllə ilə vurmasını yazmısız. Bu, yazıçı təxəyyülüdür. Mübarizin yanında adam olmuşdu ki, onu erməninin öldürdüyünü ya intihar etdiyini təsdiqləsin? Nəsiminin dərisinin soyulmasını görən olmayıb. İkincisi, Mübariz üçün ölüm heç nə idi, qisas almağa getmişdi. Günahsız insanların qisasın almışdı ki, ürəyi sakit olsun. Mən onun ölüm xəbərini eşitdiyim gün ürək ağrısı keçirdim, 10 gün sonra həkimə müraciət elədim, dedi gizli infarkt keçirmisən. İndi gəzə bilmirəm, təzyiqim yuxarıdır, sol tərəfim quruyub, danışa bilmirəm. O qədər arzularım varıydı, hamısı məhv oldu getdi… İndi Mübariz haqda döyüşərək öldü yazsaydım düz olacaqdı? Bunu deyənlərin ədəbiyyatdan xəbəri yoxdur, savadsızdırlar. Çünki sənədli tarixi roman yazmamışam, bir bədii təxəyyül məhsulu olan hekayədir. Bu, yazıçı düşüncəsidir. Mübarizin ölümü mənim üçün böyük dərddir. İki şəhid bacım oğlu var.  Yəni məni başa düşürsünüz? Sadəcə, çox danışa bilmirəm…”
Xatırladaq ki, dərsliklərdə yer alan hekayələr və şeirlərin məzmunu insanlarda tez-tez narazılıq doğurur.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}