Milli Məclisin deputatı Məzahir Əfəndiyev, şəhid Teymur Qasımovun anım günü münasibətilə atası Mikayıl Qasımova baş sağlığı verib.

Milli Məclisin deputatı Məzahir Əfəndiyev, şəhid Teymur Qasımovun anım günü münasibətilə atası Mikayıl Qasımova baş sağlığı verib.
Qasımov Teymur 1996-cı ildə Göyçay rayonunun Çaxırlı kəndində anadan olub.Əsgər Teymur Qasımov 2016-cı ilin aprel ayının 3-də Azərbaycan-Ermənistan təmas xəttində baş verən "Aprel döyüşləri" zamanı qəhrəmancasına şəhid olub.
Aprelin 5-i tarixində isə o, doğulduğu Göyçayın Çaxırlı kəndində son mənzilə yola salınıb. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatılıb. Dəfn mərasiminin sonunda yaylım atəşi açılıb və əsgər Qasımov uğrunda şəhid olduğu torpağa tapşırılıb.Q.Teymur ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medal ilə təltif edilib. Şəhidin adının əbədiləşdirmək məqsədi ilə Göyçay rayon İcra Hakimiyyəti Başçısının təşəbbüsü ilə kəndin mərkəzi küçəsinə Şəhid Teymur Mikayıl oğlu Qasımovun adı verilib. Göyçay Gənclər Mərkəzində "Biz səninlə qürür duyuruq", "Şəhidlər unudulmur" adlı xatirə guşəsi düzəldilib.Şəffaflıq.az xəbər verir ki, 6 aprel 89 saylı Göyçay-Ağdaş Seçki Dairəsi üzrə Milli Məclisin deputatı Məzahir Əfəndiyev şəhid Teymur Qasımovun atası Mikayıl Qasımovla əlaqə saxlayaraq canını vətən üçün fəda edən, şəhidlik zirvəsinə yüksələn oğlunun anım günü münasibəti ilə baş sağlığı verib. Deputatın köməkçisi Anar Nağıyev şəhidin evində olaraq, ailə üzvləri ilə görüşdü. Göyçay İnformasiya Agentliyinin kollektivi, Bayraq Muzeyinin rəhbərliyi, ictimai fəallar şəhidin məzarını ziyarət edərək, önünə tər qərənfillər düzdülər.Sonra onun 4-cü ildönümü münasibəti ilə ailə üzvləri ilə birgə Quran ayələrinə qulaq asaraq, ruhuna dualar oxuyublar.
 Sonda şəhid atası Mikayıl Qasımov Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Cənablarına şəhid ailələrinə, Qarabağ qazilərinə olan daim diqqət və qayğı üçün  təşəkkürünü bildirdi.

Davud Tarverdiyev.
Göyçay:
Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}