İşıq və qazsız qalan sakinlər - Bakı-Şamaxı yolunu kəsdilər.-FOTO

Şəffaflıq.az-ın məlumatına görə, buna etiraz olaraq sakinlər  Bakı-Şamaxı yolunu kəsiblər.
Abşeron rayonu, "Yeni massiv" adlanan, Bakı-Şamaxı yolunun 12-ci k\m-də yaşayan yerli  sakinlər təbii qazın və elektirik enerjisinin verilişinin dayandırılmasına görə etiraz edirblər.Bakı-Şamaxı yolu aksiya iştirakçıları tərəfindən bir neçə dəqiqəliyinə kəsilib. Sakinlərin sözlərinə görə, onların nə şikayətlərinə baxılmır, nə də evlərinə qaz verilmir. Artıq iki gündür sakinlər gecələridə işıqsız keçirirlər.Əraziyə cavabdeh post patrul xidmətinin əməkdaşları hadisədən tez xəbər tutub, Xidmətə məxsus bir-neçə avtomobillə əraziyə gələrək aksiyanı dağıdmağa çalışsalarda sakinlər haqqını tələb etməkdə davam ediblər işıq və qazla tənin edilməsələr heç biri aksiya yerini tərk etməyəcəklərini bildiriblər. Marağlısı odur ki, aksyia zamanı nə Qaz istismardan nədə ki,Azərenerjidən nümayyəndə iştirak etmirdi.
Qeyd etmək istəyirik ki, aksiya zamanı Polis nəfərləri Şəffaflıq.az-ın çəklişinə maneçilik törədiblər.Lakin DİN-in 102 xidmətinə Polislərdən Baş Redaktor Vahid İsmayılovun şikayətindən sonra çəklişə şərait yaradılıb.
Video görüntü əlavə ediləcək.  

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}