2020-ci ilin ailə sevinci: Mingəçevirdə yeni il gecəsi 5 oğlan uşağı dünyaya gəldi - FOTOLAR

 Mingəçevir Mərkəzi xəstəxananın doğum şöbəsində yeni il gecəsi 5 oğlan uşağı dünyaya gəlib, onlardan ikisi əkizdir.
Şəffaflıq.az xəbər verir ki,bu barədə Yeniavaz.com saytına məlumat verən xəstəxananın həkim neotoloqu Nazilə Nürəddinqızı bildirdi ki, 2020-ci ilin ilk günü gecə saat 12-dən sonra 5 oğlan uşağı dünyaya gəlib: “Onlardan ikisi əkizdir. Hal-hazırda anaların və uşaqların vəziyyəti kafidir. Analar yeni doğum etdiklərinə görə intensiv şöbədədilər”. 7 ildən sonra yeni ildə ailəyə iki oğlan uşağı dünyaya gətirən Günay Mikayılova Yeniavaz.com saytına məlumat verərək bildirdi ki, 7 ildir övladı olmayıb: “2020-ci ilin ilk günü iki əkiz oğlan dünyaya gəldi. Çox sevincliyəm, uşaqların da vəziyyəti yaxşıdır. Çox böyük sevinc hissi yaşayıram, ailəmə yeni ildə bu şirinləri bəxş etdiyim üçün”.
 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}