Şamaxı rayon Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin xatirəsinin anım tədbiri keçirilib.-FOTO

Şamaxı rayon Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin xatirəsinin anım tədbiri keçirilmişdir.
11 dekabr 2019-cu il tarixində Şamaxı rayon Heydər Əliyev Mərkəzində ulu öndər
Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə əlaqədar olaraq Heydər Əliyev Mərkəzinin əməkdaşlarının və A.Alıxanov adına Sabir qəsəbə tam orta məktəbinin müəllim və şagird kollektivinin iştirakı ilə "Heydər Əliyev Dühası" tədbir keçirildi.
Şəffaflıq.az xəbər verir ki,tədbir iştirakçıları ilk öncə dahi şəxsiyyət Heydər Əliyevin zəngin həyat və fəaliyyətini, siyasi irsini əks etdirən ekspozisiya bölmələri ilə tanış oldular, xatirə günü ilə bağlı təşkil olunmuş kitab sərgisinə baxış keçiriblər.
Tədbiri giriş sözü ilə Mərkəzin direktoru Könül Eyvazova açdı.Çıxışında bildirdi ki, dahi şəxsiyyət Heydər Əliyevin adı tarixə müstəqil Azərbaycan dövlətinin qurucusu kimi yazılmış, çiçəklənən müasir Azərbaycan onun şah əsəri kimi qəbul edilmişdir.Məhz bu dahi insanın səyi nəticəsində Azərbaycan dönməz müstəqilliyə, inkişafa, tərəqqiyə qədəm qoyub.
Daha sonra çıxış edən Sabir qəsəbə tam orta məktəbin müəlliməsi Dəmirova Arzu, Heydər Əliyev Mərkəzinin əməkdaşı İsmayılova Şəhla çıxış edərək Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin yaranması və inkişaf etdirilməsi sahəsində göstərdiyi əvəzolunmaz xidmətlərdən danışdılar. Şagirdlərin ifasında kompozisiya səsıəndirildi. Sonda "Sən həmişə

bizimləsən"sənədli filmi nümayiş etdirilib. Mərkəzin direktoru Könül Eyvazova.
Şamaxı şəhəri
Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}