Məktəb bufetlərində nələr satılır, zərəri varmı?-VİDEO

 Məktəb bufetlərində satılan məhsullar azyaşlılar-məktəblilər üçün təzə və təhlükəsiz məhsullar olmalıdır. Hazırda Azərbaycan məktəblərində real vəziyyət nə yerdədir? Uşaqlar nələri yeyir, nələri tələb edir, məktəb bufetlərində nələr satılır?
Şəffaflıq.az bildirir ki, məsələnin ciddiliyini nəzərə alaraq ARB TV-nin "Günə Doğru" kollektivi bu problemi geniş süjet ətrafında işıqlandırıb.
İsa Əliyev – Qida mühəndisi: “Enerji içkiləri, qazlı içkilər, çipsilər, yüksək yağlı tortlar və ya piroqlar. Bir çox məhsulların məktəb bufetlərində satışının qadağan olunması ilə əlaqədar normativlər qəbul olundu. Söhbət sadəcə normativlərin qəbul olunmasından getmir, söhbət söhbət eyni zamanda ona nəzarətin olmasından gedir”.
Bəs bu nəzarət necə aparılır? Məktəb bufetlərində şagirdlərə təklif olunan məhsullar keyfiyyətlidirmi? Bu və digər suallara cavab tapmaq üçün paytaxtdakı məktəblərən birinə baş çəkərək, bufetdəki vəziyyətlə tanış olduq.
Fatimə Məmmədova – Müəllim: “Bəzən elə olur ki, uşaqlar qidalanmırlar, yəni evdə səhər yeməyini yemirlər. Gəlib məktəb bufetindən yemək alırlar, ona görə, biz bu barədə çox diqqətli olmalıyıq. Onların yeməyi bizim üçün çox vacibdir”.
Müşahidə apardığımız 18 nömrəli orta məktəbdə şagirdlərə müxtəlif çeşidli şirniyyatlarla yanaşı, isti yeməklər də təklif olunur.
Ziyafət Pirqulu – Aşbaz: “Sup, fartof qızartması daha çox alınır. Toyuq, kotlet və bu kimi məhsullar demək olar ki, bizdə çox satılır. Hamısı bizim öz mətbəximizdə hazırlanır. Mən özüm hazırlayıram bu yeməklərin hamısını. Bu yeməklərin çoxunda yağdan istifadə etmirəm, ətin öz yağı çıxır. Ümumiyətlə yağlı istəmirlər”.Şagir: “Daha çox “Pizza”, “Hot dog” və sosislər alırıq”.
Ziyafət Pirqulu – Aşbaz: “Kolbasanın bişmiş yox, çiy olması ilə bağlı müxtəlif fikirlər var. Deyirlər bilinmir harda hazırlanır, necə hazırlanır. Bizim məktəbə gələn kolbasaları bizim baza şirkət özü verir. Əmin olun ki, həm təzə olur, həm keyfiyyətinə doğrudan diqqət var. Biz əminik, təki uşaqlar əmin olsun”.
Gələcəyimiz olan uşaqların yaxşı təhsil alması, məktəbdə öyrəndiklərini tez qavraması üçün onların qidalanmasına vaxtında ciddi diqqət yetirməliyik. Əks halda, sonra gec ola bilər.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}