DİN Mətbuat Xidmətinin TƏKZİBİ

 

Şəffaflıq.az-ın məlumatına görə, Məhbub Zülfüqarlının İmişli RPŞ DYPB-nin əməkdaşları barəsində irəli sürdüyü iddialar həqiqəti əks etdirmir və qərəzlidir. Belə ki, 30. 07. 2019-cu il tarixində rayon ərazisində dayanma və durma qaydalarını pozduğuna görə avtomobilin sürücüsü Ayxan Zülfüqarlı barəsində Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsinə uyğun olaraq inzibati qaydada protokol tərtib olunub.

Qeyd edək ki, həmin ərazidə dayanma və durmanı qadağan edən yol nişanı mövcuddur. Əlavə olaraq bildiririk ki, M. Zülfüqarlının qərəzli olaraq yaydığı ilk məlumat deyil. Belə ki, adıçəkilən şəxs ayrı-ayrı şəxslərlə bağlı dəfələrlə şər və böhtan xarakterli iddialar irəli sürmüş və buna görə də 2017-ci ildə İmişli Rayon Məhkəməsinin qərarı ilə 5 ay müddətində azadlıqdan məhrum edilib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}