Bahalı toyu ilə dilə-dişə düşən Aysel əməliyyat edilib - PİYLƏNMƏDƏN ƏZİYYƏT ÇƏKİRMİŞ...

 Bir müddət əvvəl bahalı toyu ilə gündəmə gələn Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürovun qızı Aysel yenidən gündəmə gəlib.
Daha doğrusu korrupsioner məmur qızı köhnə havasında qalaraq, başqaları haqqında böhtan yazarkən özü ifşa edilib.
Belə ki, özünün instagram hesabında  “Baku Medikal Plaza” klinikasında əməliyyat keçirdiyini və sonra guya, ondan külli miqdarda vəsait alındığını iddia edən  Aysel klinika haqqında xoşəgəlməz sözlər danışıb.
Heç kəsə sirr deyil ki, özəl tibb müəssisələrində əməliyyat və bütün tibbi xidmətlər əvvəlcədən xəstələrə və onların yaxınlarına bildirilir və ödəniş alınır. Necə ola bilər ki, şöhrətpərsət bir qız bundan xəbərsiz olsun və əmliyyatdan sonra problemlə üzləşsin.
Görünür, o yenidən gündəmə gəlmək üçün böhtana əl atıb. Amma necə deyərlər “qaş düzəltdiyi yerdə vurub, göz çıxarıb”.

İzləyicilərinin suallarına cavab olaraq, “qrija” əməliyyatı keçirdiyini desə də məlum olub ki, Aysel hədsiz piylənmədən əziyyət çəkirmiş.
Gununsesi.org-un araşdırması zamanı məlum olub, Aysel həqiqətən bu klinkiaya müraciıt edib və bədənindən xeyli miqdarda piy çıxardırıb.
Klinikadan ayrılarkən isə həkimlərə və personala təşəkkürünü bildirib.
Onun sosial şəbəkədə keçirdiyi əməliyyatı gizli saxlaması və bu cür məlumatlar paylaşması da klinikada təəccübə səbəb olub.
Qeyd edək ki, Ayselin atası Qüdrət Şükürov işində yol verdiyi korrupsiya və digər neqativ əməllərinə görə  tutduğu vəzifədən qovulub.
Hətta onun barəsində prokurorluq orqanlarında araşdırma aparıldığı da qeyd olunurdu.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}