Nikaha daxil olmaq istəyən 94 şəxsdə isə QİÇS aşkarlanıb – Bu ilin 8 ayında

 


“Bu ilin 8 ayı ərzində nikaha daxil olmaq üçün 92340 nəfər müayinədən keçib”.

Şəffaflıq.az xəbər verir ki, bunu “Report”a Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva bildirib.
Onun sözlərinə görə, onlardan 2313 nəfərdə talassemiya daşıyıcılığı, 142 nəfərdə sifilis, 94 şəxsdə isə QİÇS aşkarlanıb: “Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı isə 30 olub.

Təkcə avqust ayı ərzində isə 9687 nəfərdə müayinə aparılıb. Müayinədən keçən 286 nəfərdə talassemiya daşıyıcılığı, 53 nəfərdə sifilis, 12 şəxsdə isə QİÇS aşkarlanıb: “Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı isə 3 olub”.

Z.Əlimirəzyeva qeyd edib ki, 2015-ci ildən indiyədək 592153 nəfərdə qan müayinəsi aparılıb: “20548 cütlükdən birində talassemiya daşıyıcılığı, 219 cütlüyün hər ikisində daşıyıcılıq aşkarlanıb. Bu müddət ərzində 1870 nəfərdə sifilis, 549 nəfərdə HİV(QİÇS) qeydə alınıb”.шаблоны для dle 11.2


Facebook-da paylaş